...

ABŞ Qrenlandiyanı tərkibinə qəbul etməyə hazırdır

Dünya xəbərləri Materials 5 Mart 2025 09:27 (UTC +04:00)
ABŞ Qrenlandiyanı tərkibinə qəbul etməyə hazırdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qrenlandiya xalqı belə bir arzu ortaya qoysa, Birləşmiş Ştatlar Qrenlandiyanı öz tərkibinə qəbul etməyə hazırdır.

Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə etdiyi çıxış zamanı deyib.

“Biz sizin öz gələcəyinizi müəyyənləşdirmək hüququnuzu qətiyyətli şəkildə dəstəkləyirik. Əgər siz bizə üstünlük versəniz, biz sizi Birləşmiş Ştatlarda salamlayacağıq”,- deyə Ağ Ev rəhbəri Danimarka adasının sakinlərinə müraciətində bildirib.

Tramp əmin edib ki, ABŞ-nin tərkibində olacağı təqdirdə, Qrenlandiya sakinləri təhlükəsizlikdə olacaqlar və zənginləşəcəklər.

“Biz birlikdə Qrenlandiyanı görülməmiş zirvələrə qaldıracağıq”, - deyə Tramp vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti