...

Avstraliyaya güclü siklon yaxınlaşır: hava reysləri kütləvi təxirə salınır

Dünya xəbərləri Materials 5 Mart 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Kuinslənd ştatına yaxınlaşan “Alfred” siklonu artıq hava və yerüstü nəqliyyat sistemini qismən iflic edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Jetstar”, “Qantas” və “Virgin Australia” aviaşirkətləri 22 reysi təxirə salıblar.

Məlumata görə, Brisben yaxınlığında yerləşən Qold-Kost hava limanı isə ümumiyyətlə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Hava şəraiti ilə əlaqədar dəyişikliklər eyni zamanda yerüstü nəqliyyata təsir göstərib.

Kuinslend ştatının inzibati rəhbəri Devid Krisafulli sakinləri öz evlərini “siklonun zərbəsinə” hazırlamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti