...

ABŞ və Kanada qarşılıqlı tariflər fonunda danışıqlar aparıb

Dünya xəbərləri Materials 5 Mart 2025 23:04 (UTC +04:00)
ABŞ və Kanada qarşılıqlı tariflər fonunda danışıqlar aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trüdo ölkələrin bir-birinə idxal rüsumları tətbiq etməsindən bir gün sonra danışıqlar aparıb.

Trend xəbər verir ki, bu barədə CNN müxbiri Eleyna Trini ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

“Castin Trüdo mənə zəng edərək tariflərlə bağlı nə edilə biləcəyini soruşdu. Ona dedim ki, Kanada-Meksika sərhədindən keçən fentanildən çox adam öldü və heç nə məni onun dayandığına inandırmadı. Dedi ki, daha yaxşıdır, amma mən “bəs deyil” dedim. Söhbət "bir qədər" mehribanlıqla bitdi! O, mənə Kanadada seçkilərin nə vaxt olduğunu deyə bilmədi, bu da məni maraqlandırdı, burada nə baş verir? Sonra anladım ki, o, bu problemdən hakimiyyətdə qalmaq üçün istifadə etməyə çalışır. “Uğurlar, Castin!”, - deyə Tramp Truth-da yazıb.

Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumları tətbiq edib. Eyni zamanda, Çindən idxal edilən mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.

Trüdo Vaşinqtonun Kanadaya qarşı ticarət müharibəsinə başladığını bildirib və Ottavanın da ABŞ mallarına cavab olaraq 25% rüsum tətbiq etdiyini açıqlayıb. Kanadanın tarifləri 155 milyard Kanada dolları (təxminən 107,4 milyard ABŞ dolları) dəyərində Amerika məhsullarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti