Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron Ukraynada Avropa hərbi kontingentinin potensial yerləşdirilməsi məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.
Trend xəbər verir ki, Makron bu barədə xalqa ünvanladığı videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, Paris müzakirələr üçün bir sıra ölkələrin baş qərargah rəislərini toplayacaq.
“Biz ilk növbədə Fransa, Avropa və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıyıq. Bütün sülh təşəbbüsləri düzgün istiqamətdə gedir və mən onları alqışlayıram. Və biz ukraynalılar Rusiya ilə uzunmüddətli sülh danışıqları aparana qədər onlara kömək etməyə davam etməliyik,” - deyə Makron vurğulayıb.