...

Tramp Meksika ilə sərhəd divarının 2029-cu ilə qədər tamamlanacağını gözləyir

Dünya xəbərləri Materials 6 Mart 2025 03:41 (UTC +04:00)
Tramp Meksika ilə sərhəd divarının 2029-cu ilə qədər tamamlanacağını gözləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisini 2029-cu ildə, ikinci prezidentlik müddətinin sonuna qədər tamamlamağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens çərşənbə günü açıqlama verib.

“Düşünürəm ki, prezident Donald Tramp səlahiyyət müddətinin sonuna qədər bütün sərhəd divarının tamamlanacağına ümid edir. Və, əlbəttə ki, burada fiziki quruluşdan – sərhəd divarının özündən danışırıq”, - o, Texas ştatının Eql-Pass şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Vens, həmçinin müdafiə naziri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard ilə birlikdə ABŞ-ın cənub sərhədindəki miqrant böhranı ilə bağlı vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib.

Xəbər lenti

Xəbər lenti