...

Tramp evsizlər düşərgələrinin yığışdırılması ilə bağlı göstəriş verib

Dünya xəbərləri Materials 6 Mart 2025 05:57 (UTC +04:00)
Tramp evsizlər düşərgələrinin yığışdırılması ilə bağlı göstəriş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Vaşinqton meri Muriel Bouzerə şəhərdəki evsizlər düşərgələrinin yığışdırılması barədə əmr verib.

Trend xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Biz Vaşinqton merini xəbərdar etmişik ki, şəhərdəki bütün yararsız evsiz düşərgələri, xüsusən də Dövlət Departamentinin və Ağ Evin yaxınlığında yerləşən düşərgələri yığışdırmalıdır."

Tramp əlavə edib ki, əgər mer Bouzer bunu edə bilməsə, federal hökumət müdaxilə etməyə məcbur olacaq.

"Vaşinqton təmiz və təhlükəsiz olmalıdır! Biz böyük paytaxtımızla yenidən fəxr etmək istəyirik. Mer Bouzer, ölkəmiz vətəndaşları adından göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Ümid edirik ki, uğur qazanacaqsınız." – deyə Tramp vurğulayıb.

Xəbər lenti

Xəbər lenti