...

Uruqvay Milli Parlamenti BRİKS Yeni İnkişaf Bankına qoşulma sazişini nəzərdən keçirir

Dünya xəbərləri Materials 6 Mart 2025 07:14 (UTC +04:00)
Uruqvay Milli Parlamenti BRİKS Yeni İnkişaf Bankına qoşulma sazişini nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uruqvay Milli Parlamenti, ölkənin BRİKS Yeni İnkişaf Bankına (YİB) qoşulması ilə bağlı sazişi nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə “İzvestiya” nəşri, Rusiyanın Montevideodakı səfirliyinə istinadən məlumat yayıb.

Səfirlikdən verilən məlumata görə, Uruqvay prezident administrasiyası, YİB kreditlərini təhsil, səhiyyə və kiberməkan sahələrində infrastruktur layihələrinin inkişafı üçün istifadə etməyi nəzərdə tutur.

BRİKS Yeni İnkişaf Bankı 2015-ci ildə fəaliyyətə başlayıb və ilk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası olub. 2021-ci ildə Banqladeş və BƏƏ, 2023-cü ildə isə Misir bankın üzvü olublar.

Xəbər lenti

Xəbər lenti