Bakı. Trend:
İrlandiya, xaricdə hərbi qüvvələrin yerləşdirilməsini sadələşdirən yeni qanun qəbul edəcəyi təqdirdə, Ukraynaya xüsusi təyinatlıları göndərməyi nəzərdə tutur.
Trend xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.
Təklifə əsasən, İrlandiya Silahlı Qüvvələri tərəfindən xüsusi təyinatlı bölmə olan ordu reyncerləri Kiyevdəki səfirliyin müdafiəsi məqsədilə göndərilə bilər.
Məqalədə qeyd edildiyi kimi, İrlandiya hökuməti Ukraynada rəsmi şəxslərini qorumaq üçün xüsusi təyinatlı qoşunların yerləşdirilməsinə imkan verəcək qanunvericilik dəyişikliklərini təsdiqləyib.