Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyədə baş verən ümumi qəza sayı 46 min 689 olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, yanvar ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 40 min 835, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 5 min 854 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 16 min 233, vəfat edənlərin sayı isə 119 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.
Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 97 min 553 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 85 min 302, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 12 min 251 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 35 min 629, vəfat edənlərin sayı isə 308 nəfər təşkil edib.