Bakı. Trend:
Ermənistanda 4,6 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Gümrüdən 61 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumata verilmir.
