...

Avropanın nüvə təhlükəsizliyinin məsuliyyəti yalnız Fransanın üzərinə düşə bilməz - Litva Baş naziri

Dünya xəbərləri Materials 8 Mart 2025 18:12 (UTC +04:00)
Avropanın nüvə təhlükəsizliyinin məsuliyyəti yalnız Fransanın üzərinə düşə bilməz - Litva Baş naziri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın Baş naziri Gintautas Palutskas Avropanın nüvə təhlükəsizliyinin tam şəkildə Fransanın üzərinə düşməsinin qeyri-mümkün olduğunu bildirib.

Trend xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında NATO-nun nüvə doktrinasının yalnız Fransanın öhdəsinə buraxılması ilə bağlı fikirlərin məsuliyyətsiz və hətta təhlükəli olduğunu vurğulayıb.

"Bu gün Avropanın etibar etdiyi NATO-nun nüvə arsenalı, ABŞ-nin arsenalı ilə birlikdə Fransanın imkanlarından on dəfə üstündür", - deyə G.Palutskas qeyd edib.

O, həmçinin Parisin bu istiqamətdə irəli sürdüyü təklifin ciddi maliyyə vəsaiti tələb edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti