Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski martın 11-də Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə keçiriləcək görüşdə iştirak etməyəcəyini açıqlayıb.
Trend xəbər verir ki, Ukrayna nümayəndə heyətinə prezident ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrey Sıbiha və müdafiə naziri Rustem Umerov daxildir.
"Gələn həftə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Ukraynanın diplomatik və hərbi rəsmiləri çərşənbə axşamı Amerika komandası ilə görüşdə qalacaqlar. Ukrayna komandasına Andriy Yermak, Andriy Sıbiha, Rustem Umerov və prezident ofisinin rəhbərinin müavini Pavlo Palisa daxil olacaq", - deyə Zelenski "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Zelenski daha əvvəl Səudiyyə Ərəbistanına səfər edəcəyini və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə görüşəcəyini açıqlamışdı.