...

İran ABŞ ilə danışıqlara getməyəcək

Dünya xəbərləri Materials 8 Mart 2025 20:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını güdür.

Trend xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei bildirib.

"Bəzi hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq", - Xamenei ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlı yayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklif edən məktubuna cavab olaraq söyləyib.

Xamenei həmçinin qeyd edib ki, Qərbin ikili standartlardan istifadə etməsi "sivilizasiya üçün rüsvayçılıqdan" başqa bir şey deyil.

Xəbər lenti

Xəbər lenti