...

ABŞ-nin son nəsil nüvə başlıqları Avropaya gətirilib

Dünya xəbərləri Materials 9 Mart 2025 00:17 (UTC +04:00)
ABŞ-nin son nəsil nüvə başlıqları Avropaya gətirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə məxsus ən yeni nüvə başlıqları Avropanın bir neçə ölkəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Fatto Quotidiano qəzeti ABŞ və Norveçdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən məlumatlar silahların yayılmamasına və beynəlxalq nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edən təşkilatlardan əldə edilib.

Hazırda Avropada beş ölkədə – İtaliyada (Aviano və Gedi bazaları), Almaniya, Niderland, Belçika və Türkiyədə ümumilikdə 100 ABŞ nüvə başlığının olduğu bildirilir.

ABŞ-nin bu yaxınlarda həmin ölkələrdə ən son nəsil "B61-12" nüvə başlıqlarını yerləşdirməyə başladığı qeyd olunur. Bu başlıqlar yüksək dəqiqliyə və nisbətən aşağı partlayış gücünə malikdir – Hirosimaya atılan bombadan 50 dəfə zəifdir. Onlar məhdud ərazidə adi hərbi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti