...

Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir - Ursula von der Lyayen

Dünya xəbərləri Materials 9 Mart 2025 19:07 (UTC +04:00)
Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir - Ursula von der Lyayen

Bakı. Trend:

Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen Brüsseldə mətbuat konfransında deyib.

"Qarşımızda duran çağırışlara cavab vermək üçün hazırlıq rejiminə keçməliyik", - deyə o bildirib.

"Yaxın həftələrdə mən Avropa Komissiyasının Müdafiə Kollegiyasının ilk iclasını cağıracam. Avropa Komissiyasının üzvləri indi təhlükəsizliklə bağlı hadisələrlə bağlı müntəzəm olaraq yeniliklər alacaqlar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hərbi təhlükəsizlik kontekstində təkcə xarici siyasət və polis məsələləri deyil, həm də enerji, tədqiqat və ticarət, o cümlədən kibertəhlükəsizlik və xarici müdaxilələrə qarşı mübarizə məsələləri də nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti