...

Fevral ayında Türkiyə limanları 3 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 12 Mart 2025 17:02 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti