Bakı. Trend:
ABŞ Qəzza zolağında atəşkəsin tezliklə uzadılmasına razılıq verməsə, Fələstinin "HƏMAS" hərəkatı ilə bağlı tədbir görəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Ağ Ev Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının birgə yazılı bəyanatında bildirilib.
"Çərşənbə axşamı Dohada <...> Stiv Vitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Treyqer atəşkəsi Ramazan və Pasxa bayramlarından sonra da uzatmaq üçün müvəqqəti təklif təqdim ediblər ki, [Qəzzada] daimi atəşkəsi təmin etmək üçün danışıqlar çərçivəsini hazırlamaq üçün vaxt olsun", - deyə sənəddə qeyd olunub.
"HƏMAS zamanın öz tərəfində olduğuna arxayin olmaqla çox yanlış edir. Bu belə deyil. HƏMAS son tarixdən yaxşı xəbərdardır. Və bilməlidir ki, son tarix keçəndə biz də buna uyğun cavab verəcəyik", - deyə o əlavə edib.