...

Kanadanın baş naziri ölkənin ABŞ-yə qoşulması fikrini ağılsız adlandırıb

Dünya xəbərləri Materials 15 Mart 2025 03:56 (UTC +04:00)
Kanadanın baş naziri ölkənin ABŞ-yə qoşulması fikrini ağılsız adlandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın yeni baş naziri Mark Karni ölkəsinin ABŞ-nin tərkibinı daxil olmayacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı xəbər verib.

"Bu ağılsızlıqdır. Bu ağılsız fikirdir. Bax belə", - deyə M.Karni jurnalistlərin ABŞ dövlət katibi Marko Rubionun sözləri ilə bağlı sualına cavab verərkən deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə Kanadanın Amerikanın 51-ci ştatı olması fikrini səsləndirib. Cavabında M.Karni bildirib ki, “Kanada heç vaxt, heç bir formada Amerikanın bir hissəsi olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti