...

Serbiyada etirazçıların sayı 100 mini ötüb

Dünya xəbərləri Materials 16 Mart 2025 03:54 (UTC +04:00)

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda keçirilən aksiyada 107 minədək insan iştirak edib.

Trend xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndiriblər.

Aksiya səbəbindən şəhərdə nəqliyyatın hərəkəti dayanıb, əsas avtomagistrallar və yolayrıcları tamamilə bağlanıb.

Qeyd edək ki, insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə aksiya keçiriblər.

Xəbər lenti

Xəbər lenti