...

Şimali Makedoniyadakı faciəyə görə martın 18-i Serbiyada matəm günü elan edilib

Dünya xəbərləri Materials 16 Mart 2025 18:39 (UTC +04:00)
Şimali Makedoniyadakı faciəyə görə martın 18-i Serbiyada matəm günü elan edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, Serbiya Prezidenti sosial media hesabında etdiyi paylaşımda, Şimali Makedoniyada baş vermiş dəhşətli faciə ilə əlaqədar başsağlığı verib və ölkə xalqına hüznlə yanaşdığını bildirib.

Vuçiç, Serbiya adından faciə qurbanlarına yardım olaraq helikopterlər, tibbi nəqliyyat vasitələri, tibbi qruplar göndərməyi və yaralıların Serbiyadakı xəstəxanalara yerləşdirilməsini təklif edib. Həmçinin, faciə ilə əlaqədar martın 18-i Serbiyadakı matəm günü elan ediləcək.

Şimali Makedoniyanın səhiyyə naziri Arben Taravari yanğında yaralanan 118 nəfərin ölkə xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, keçən gecə Şimali Makedoniyanın Koçani şəhərində diskotekada baş verən yanğın nəticəsində azı 51 nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti