...

Roma Papası Fransisk xəstəxanadan katoliklərə müraciət edib

Dünya xəbərləri Materials 16 Mart 2025 19:55 (UTC +04:00)
Roma Papası Fransisk xəstəxanadan katoliklərə müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma xəstəxanasında müalicəsini davam etdirən Roma Papası Fransisk bazar günü katolik icmasına yazılı müraciət ünvanlayıb.

Trend xəbər verir ki, o, hazırda sınaq dövründən keçdiyini qeyd edib.

“Mən də imtahana çəkilirəm. Xəstə qardaş və bacılarımla, bu anda mənim kimi zəif olanlarla birlikdəyəm. Bədənimiz zəif ola bilər, lakin heç kim bizə sevməyi, xəyal qurmağı, inam və ümidlə başqalarına həsr olunmağı qadağan edə bilməz”, – deyə Papa müraciətində bildirib.

O, xəstəxana personalının işini yüksək qiymətləndirib və ona qayğı göstərən həkimlərə dualarını çatdırıb.

Qeyd edək ki, yanvarda 88 yaşlı Roma Papası bronxitə yoluxub. Fevralın 14-də xəstəlik xroniki forma aldığı üçün o, Romadakı "Agostino Gemelli" klinikasına yerləşdirilib. Rentgen və laboratoriya müayinələri nəticəsində pontifikdə ikitərəfli pnevmoniya aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti