...

Kubada 40 saatlıq fasilədən sonra elektrik verilişi bərpa olunub

Dünya xəbərləri Materials 17 Mart 2025 07:26 (UTC +04:00)
Kubada 40 saatlıq fasilədən sonra elektrik verilişi bərpa olunub

Bakı. Trend:

Təxminən 40 saat davam edən fasilədən sonra Kubada elektrik enerjisinin verilişi qismən bərpa olunub.

Trend-in məlumatına görə, bu, son 6 ayda üçüncü dəfə kütləvi elektrik kəsilməsidir. Artıq adanın böyük hissəsinə elektrik enerjisi verilir.

Lakin istehsal edilən elektrik tələbatı tam ödəyə bilmir. Ölkədə sutkalıq tələbat 3000 meqavat olduğu təqdirdə bazar günü cəmi 935 kilovat elektrik istehsal edilib.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiyaları yeniləməyə imkan vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti