...

Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı azalıb

Dünya xəbərləri Materials 17 Mart 2025 11:48 (UTC +04:00)
Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq 17 milyon 615 min 46 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq,36 milyon 355 min 78 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 18,9 faiz artaraq, 126 milyon 328 min 25 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 30 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti