...

Yer kürəsini tərksilah etməliyik - Roma Papası

Dünya xəbərləri Materials 18 Mart 2025 14:12 (UTC +04:00)
Yer kürəsini tərksilah etməliyik - Roma Papası
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibə absurddur, gəlin Yer kürəsini tərksilah edək.

Trend xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Xəstəxanada müalicəsi davam edən pontifik sülh və tərksilah çağırışını yeniləyib:

“Biz sözləri, zehni və Yer kürəsini tərksilah etməliyik. Müharibə yalnız icmaları və ətraf mühiti məhv edir. Münaqişələrin həlli yollarını təklif etmədən diplomatiyanın və beynəlxalq təşkilatların yeni həyat və etibarlılığa ehtiyacı var”.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının səhhətinin yaxşılaşmağa davam etdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.

Xəbər lenti

Xəbər lenti