...

Putinlə telefon danışıqları yaxşı və məhsuldar keçdi - Tramp

Dünya xəbərləri Materials 19 Mart 2025 00:29 (UTC +04:00)
Putinlə telefon danışıqları yaxşı və məhsuldar keçdi - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının çox yaxşı və məhsuldar keçdiyini bildirib.

Trend-in məlumatına görə, Tramp çıxışında qeyd edib ki, rusiyalı həmkarı ilə bütün energetika və infrastruktur məsələləri üzrə dərhal atəşkəsin əldə olunması barədə razılığa gəliblər.

“Biz Rusiya və Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq və tam atəşkəs əldə etmək üçün sürətli işləmək barədə anlaşdıq. Mən prezident olsaydım, bu müharibə başlamazdı. Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin öldürülməsi faktını müzakirə etdik və həm Prezident Putin, həm də Prezident Zelenski bunun sona çatmasını istəyər. Bu proses indi tam gücü ilə gedir və biz insanlıq naminə bu işi yekunlaşdıracağıq,” – deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti