Bakı. Trend:
Qərbi Qazaxıstan vilayətinin Taskalı rayonunda xarici görünüşünə görə pilotsuz uçuş aparatına bənzəyən naməlum obyekt tapılıb.
Trend xəbər verir ki, bu barədə "Kazinform" agentliyi regional polis departamentinə istinadən xəbər yayıb.
Məlumata görə, obyekt yaşayış məntəqələrindən uzaqda, ucqar bir ərazidə aşkarlanıb və bütöv vəziyyətdə, görünən zədələr olmadan tapılıb. Hazırda vilayət polisi digər səlahiyyətli qurumlarla birlikdə araşdırma aparır.
Qeyd edək ki, bu, bölgədə qeydə alınan ilk belə hal deyil. Fevral ayında da eyni bölgədə pilotsuz uçuş aparatına bənzər obyekt aşkarlanmış və yerli polis bununla bağlı araşdırma başlatmışdı.