...

Hindistanın qızıl idxalı azalıb

Dünya xəbərləri Materials 19 Mart 2025 03:49 (UTC +04:00)
Hindistanın qızıl idxalı azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan 2025-ci ilin fevral ayında 2,338 milyard dollar dəyərində qızıl idxal edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi açıqlama yayıb.

Bu göstərici 2024-cü ilin fevral ayı ilə müqayisədə 62%, 2025-ci ilin yanvar ayı ilə müqayisədə isə 13% azalıb.

İlin ilk iki ayında Hindistanın qızıl idxalı 5,025 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% azdır.

Nazirliyin məlumatına əsasən, 2024-cü ildə Hindistan 58,096 milyard dollar dəyərində 812 ton qızıl idxal edib. Dünyanın ən böyük qızıl istehlakçılarından biri olan Hindistan faktiki olaraq öz qızıl istehsalına malik deyil və ehtiyaclarını tamamilə idxal hesabına qarşılayır.

Xəbər lenti

Xəbər lenti