Bakı. Trend:
ABŞ-nin Milli Arxivlər və Qeydlər İdarəsi çərşənbə axşamı 35-ci prezident Con Kennedinin qətli ilə bağlı əvvəllər məxfi olan sənədləri açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Departamentin saytında yayımlanan məlumatda deyilir.
ABŞ prezidenti Donald Trampın 17 mart 2025-ci il tarixli sərəncamına uyğun olaraq, Kennedinin qətli ilə əlaqəli bütün sənədlər açıqlanıb.
Qeyd olunur ki, 18 mart 2025-ci il tarixindən etibarən bu sənədlərə onlayn və ya kağız/analıq formada ABŞ Milli Arxivlər və Qeydlər İdarəsindən müraciət edilə bilər. Həmçinin, sənədlərin rəqəmsallaşdırılmağa davam edildiyi və bitdikdən sonra həmin sənədlərin administrasiyanın saytında yayımlanacağı qeyd edilib. Hazırda bu saytda 1123 PDF faylı dərc edilib.
Bu günə qədər ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin məlumatına görə, Kennedinin qətlinə dair sənədlər kolleksiyasından təxminən 5 milyon səhifənin 99%-nin məxfi statusu ləğv edilib.