...

USAID-də genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcuddur - Donald Tramp

Dünya xəbərləri Materials 19 Mart 2025 07:31 (UTC +04:00)
USAID-də genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcuddur - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində böyük miqyaslı fırıldaqçılıq sxemlərinin mövcud olduğunu iddia edib.

Trend xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində Tramp USAID-in fəaliyyətini sərt tənqid edərək agentliyi "tam bir fırıldaqçılıq" adlandırıb. Lakin o, ittihamları ilə bağlı detalları açıqlamayıb.

ABŞ lideri həmçinin Demokrat Partiyasının bu məsələyə maraq göstərmədiyini və onun administrasiyasının USAID-in işini dayandırmaq cəhdlərinə qarşı çıxdığını vurğulayıb.

"Demokratlar daim Konstitusiyanın pozulmasından danışırlar. Lakin onların heç vaxt axtarmaq istəmədiyi yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır", – Tramp qeyd edib.

Xəbər lenti

Xəbər lenti