...

Kanada ABŞ-nin 51-ci ştatı olmalı idi - Donald Tramp

Dünya xəbərləri Materials 19 Mart 2025 08:52 (UTC +04:00)
Kanada ABŞ-nin 51-ci ştatı olmalı idi - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, Kanada ABŞ-nin 51-ci ştatı olmalı idi, çünki ölkə qonşusuna hər il 200 milyard dollar subsidiya verir.

Trend xəbər verir ki, Tramp bu mövqeyini Fox News telekanalına müsahibəsində ifadə edib.

O, Kanada ilə bağlı "Biz onlara ildə 200 milyard dollar subsidiya veririk. Bizə onların maşınları və taxta-şalbanları lazım deyil. Bizim öz resurslarımız kifayət qədərdir" deyə qeyd edib.

Eyni zamanda, Tramp Kanadanın indiyə qədər danışıqlar apardığı ən pis ölkə olduğunu bildirib və Ottava-nın NATO-ya ən kiçik töhfələr verməsinə baxmayaraq, onu hələ də müdafiə etməyin lazım olduğunu vurğulayıb.

Tramp əvvəllər bir çox kanadalının öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədiyi fikrini də ifadə etmişdi. Lakin Kanadanın yeni baş naziri Mark Karni və əvvəlki hökumət başçısı Castin Trüdo, ölkələrinin heç vaxt, heç bir formada ABŞ-nin bir hissəsi olmayacağını bəyan ediblər.

Martın 11-də Tramp ABŞ-nin Kanadadan polad və alüminium tədarükünə tarifləri 50%-ə qaldıracağını açıqlayıb. O, bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə cavab olaraq rüsumlar tətbiq etməsindən sonra alındığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti