Bakı. Trend:
Qəzzada hərbi əməliyyatların bərpa olunması fonunda İsrailin Nazirlər Kabineti İtamar Ben-Qviri milli təhlükəsizlik naziri postuna təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti məlumat yayıb.
Ultrasağçı “Osma yehudit” (“Yəhudi Gücü”) partiyasının liderinin təyinatı təklifini baş nazir Binyamin Netanyahu irəli sürmüşdü.
“Hökumət Netanyahunun Knesset deputatı İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri postuna təkrar təyinatı ilə bağlı Netanyahunun təklifini yekdilliklə təsdiqləyib”, - bəyanatda deyilir.