...

Aİ Ukraynaya silah tədarükünü dayandırmayacaq - Kallas

Dünya xəbərləri Materials 19 Mart 2025 14:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət üzrə ali nümayəndəsi “Reuters” agentliyinə verdiyi açıqlamada bildirib.

“Biz yardım proqramı üzərində işləri davam etdirəcəyik. Ukrayna özünü müdafiə etməyə qadir olmalıdır”, - deyə Kallas vurğulayıb.

Qeyd edək ki, bu gün Kallas Brüsseldə Avropa İttifaqının müdafiə üzrə “Ağ Kitabını” təqdim edəcək.

Söhbət Avropa Komissiyasının hazırladığı Avropa İttifaqı iqtisadiyyatının militarizasiyası və Kiyevə silah tədarükünün genişləndirilməsi planından gedir.

Xatırladaq ki, rəsmi Moskva Ukraynada atəşkəsin elan olunması üçün Kiyevin silah tədarükünün dayandırılmasını şərt qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti