...

İsrail bufer zonasını genişləndirmək üçün Qəzzada quru əməliyyatlara başlayıb

Dünya xəbərləri Materials 19 Mart 2025 21:50 (UTC +04:00)
İsrail bufer zonasını genişləndirmək üçün Qəzzada quru əməliyyatlara başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağının mərkəzi və cənubunda bufer zonasının genişləndirilməsinə yönələn quru əməliyyatlarının başlandığını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun resmi "Telegram" kanalı xəbər verib.

"Son sutka ərzində İsrail ordusu qoşunları nəzarət zonasını genişləndirmək və Qəzzanın şimal və cənub hissələri arasında qismən bufer zona yaratmaq üçün məqsədyönlü əməliyyatlara başlayıb", - deyə bildirilib.

Yaxın Şərq KİV-ləri qeyd edib ki, İsrail qoşunları hazırda Qəzza zolağını şimal və cənub hissələrinə bölən Netzarim dəhlizinin ərazisinin təxminən yarısını regionun əsas magistral yolu Salah əd-Dinə qədər ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti