Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi telefon danışığında Ukrayna böhranının həlli üçün növbəti addımları müzakirə ediblər.
Trend-in məlumatımtəgər, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.
"Dövlət katibi və xarici işlər naziri Lammi martın 15-də Ukrayna üzrə keçirilən sammitdən sonra növbəti addımları müzakirə ediblər”, – deyə bildirilib.
Qeyd olunub ki, Rubio Lemmiyə "Ukraynada sülhü təşviq etmək üçün ölkələrin koalisiyasını" yaratmaq səylərinə görə təşəkkür edib.