Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivin Ben Qurion hava limanına "hipersonik ballistik raket"lə hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmən silahlı qüvvələri hərbi əməliyyat keçirərək işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum ediblər. Bu əməliyyat öz məqsədinə uğurla çatdı", - deyə o qeyd edib.