...

İran yaxın zamanda Trampın məktubuna cavab verəcək

Dünya xəbərləri Materials 20 Mart 2025 13:39 (UTC +04:00)
İran yaxın zamanda Trampın məktubuna cavab verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı məktuba tezliklə cavab verəcək.

Trend xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi yerli televiziya kanalının efirində deyib.

"Biz qətiliklə təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Yaxın günlərdə D.Trampın məktubuna cavab verəcəyik və müvafiq kanallar vasitəsilə göndərəcəyik", - o bildirib.

Xatırladaq ki, martın 7-də D.Tramp bildirib ki, o, Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti