Bakı. Trend:
İstanbulun Şişli Esentepe məhəlləsində yerləşən İraq Respublikası Baş Konsulluğuna silahlı hücum baş verib.
Trend xəbər verir ki, hücum zamanı heç kəs yaralanmayıb, lakin polislərə təhlükəsizliyi artırmaq və gülləkeçirməz jilet geyinmək barədə xəbərdarlıq edilib.
Hücumun təfərrüatları və hücum edənin kimliyi ilə bağlı araşdırma davam edir.