Bakı. Trend:
İsrail ordusu Livanda "Hizbullah" hərəkatının obyektlərinə yeni silsilə zərbələr endirməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail Müdafiə Ordusu hazırda Livandakı "Hizbullah" terror təşkilatının hədəflərinə hücum edir. Təfərrüatlar veriləcək", - deyə bildirilib.
Bu, günün əvvəlindən Livan ərazisinə endirilən ikinci zərbədir.