Bakı. Trend:
ABŞ Ukrayna böhranının həlli istiqamətində Səudiyyə Ərəbistanında Rusiya ilə aparılacaq danışıqlarda real irəliləyişin əldə olunacağını gözləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
"Düşünürəm ki, martın 24-də Səudiyyə Ərəbistanında, xüsusən də Qara dənizdə atəşkəslə bağlı real irəliləyiş olacaq. Bundan sonra təbii olaraq tam atəşkəsə doğru hərəkət ediləcək", – deyə o bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə məsləhətləşmələr keçiriləcək. Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
.