Bakı. Trend:
Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlər üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib, lakin Amerika administrasiyasının rəhbərinin Kanadanın suverenliyini tanıması şərti ilə bu danışıqların həyata keçəcəyini qeyd edib.
Trend xəbər verir ki, Karni jurnalistlərə açıqlamasında deyib:
"Mən bunu etməyə tamamilə hazıram, lakin bir şərt var: Tramp Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirə aparmazdan əvvəl bunu deməli və bunu qəbul etməlidir".
Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədiyi fikrini ifadə edib.