Bakı. Trend:
ABŞ, Səudiyyə Ərəbistanında Moskva ilə Rusiya–Ukrayna müharibəsinin tənzimlənməsi üzrə danışıqlarda həqiqi irəliləyişin əldə olunacağına ümid bəsləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.
“Güman edirəm, martın 24-də Səudiyyə Ərəbistanında, xüsusilə Qara dənizdə atəşkəs məsələsində həqiqi irəliləyiş əldə olunacaq”, – deyə o qeyd edib.
Uitkoff əlavə edib ki, gələcəkdə bu razılaşmalar tam atəşkəslə nəticələnə bilər.