Bakı. Trend:
ABŞ İrandan nüvə proqramından tamamilə imtina etməsini tələb edir və əks halda Tehranı ciddi nəticələr gözləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “CBS News”a müsahibəsində bildirib.
Uolts, ABŞ-nin əvvəlki prezidentləri Barak Obama və Cozef Bayden administrasiyalarının yanaşmalarından fərqli olaraq, İranla "sən mənə – mən sənə" prinsipinin tətbiq edilmədiyini vurğulayıb. O qeyd edib ki, məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır: "Ya ondan imtina edin, ya da nəticələri olacaq."
Uoltsun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi bütün Yaxın Şərq regionunun silahlanma yarışına cəlb olunmasına gətirib çıxaracaq ki, bu da ABŞ-nin milli təhlükəsizliyi üçün “tamamilə qəbuledilməzdir”.