Bakı. Trend:
Pakistanın cənub-qərb əyaləti Bəlucistanın Nuşki şəhərində patrul dəstəsinə edilən hücum nəticəsində azı dörd polis əməkdaşı ölüb.
Trend “Xinhua” agentliyinə istinadən xəbər verir ki, naməlum terrorçular Nuşki şəhərinin Qaribabad rayonu yaxınlığında polis patrul maşınına qarşı pusqu qurublar. Hücum nəticəsində dörd hüquq-mühafizə əməkdaşı həlak olub.
Təhlükəsizlik qüvvələri dərhal hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıblar. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.