...

Misir Aİ-dən 4 milyard avro maliyyə yardımı gözləyir

Dünya xəbərləri Materials 24 Mart 2025 09:14 (UTC +04:00)
Misir Aİ-dən 4 milyard avro maliyyə yardımı gözləyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Misirə ayrılacaq maliyyə yardımı paketinin 4 milyard avro məbləğində ikinci tranşını təsdiq edib.

Trend xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasla Qahirədə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

Nazir əlavə edib ki, Misir yaxın həftələrdə Avropa Parlamentinin bu qərara müsbət səs verəcəyini gözləyir.

Bədr Əbdülati vurğulayıb ki, ölkəsi bir milyard avro məbləğində birinci tranşı ötən dekabr ayında alıb.

Qeyd edək ki, Aİ 2024-cü ilin martında Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb. Həmçinin Qahirə ilə əlaqələrin strateji tərəfdaşlığa yüksəldildiyi açıqlanıb.

Misirli nazir diqqətə çatdırıb ki, tərəflər cari il ərzində birinci Misir-Avropa Sammitinin keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti