Bakı. Trend:
Şimali Koreya istənilən təxribata “qətiyyətlə” cavab verəcək.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
"Düşmən ölkələrin istənilən təxribatı və ya təhdidləri (...) qətiyyətli cavabla qarşılanacaq", - deyə bildirilib.
Bildirilib ki, ABŞ Şimali Koreyaya qarşı daha çox konfrontasiyaya çevrildikcə, milli təhlükəsizliyin təmin edilməsi üçün səylər və hərəkətlər ikiqat artacaq.
Bu bəyanat ABŞ, Cənubi Koreya və Yaponiya arasında keçən həftə Ceju adasında beynəlxalq sularda keçirilən hərbi dəniz təlimlərinə cavab olaraq verilib.