...

Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

Dünya xəbərləri Materials 25 Mart 2025 05:10 (UTC +04:00)
Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bundan əvvəl ayrılan “fövqəladə büdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq. Bunun 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulurdu.

Trend-in məlumatına görə, bu barədə "Semafor" portalı Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən qəbul edilən milli borcun artırılması üçün 2023-cü il qanun layihəsi çərçivəsində ayrılan təcili vəsaitlərin həcmini azaldacaq.

Bildirilib ki, Trampın azaltmağı planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardıma, o cümlədən miqrasiya və qaçqınlarla bağlı fəaliyyət göstərən QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılacaqdı.

Xəbər lenti

Xəbər lenti