...

İsrail ordusu Suriya bazalarına zərbələr endirib

Dünya xəbərləri Materials 25 Mart 2025 08:52 (UTC +04:00)
İsrail ordusu Suriya bazalarına zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu (ÇAXAL) Suriyanın "Tadmor" və "T4" bazalarında hərbi hədəflərə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər verib.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu Suriyanın "Tadmor" və "T4" hərbi bazalarında qalan hərbi obyektlərə zərbələr endirib", - deyə bildirilib.

Qeyd edilib ki, İsrail ordusu "İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti