...

Ər-Riyadda ABŞ- Ukrayna nümayəndə heyətlərinin yeni görüşü keçirilir

Dünya xəbərləri Materials 25 Mart 2025 12:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətlərinin yeni görüşü start götürüb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

"Biz hələ də amerikalılarla işləyirik", – agentliyin həmsöhbəti bildirib.

Lakin digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin görüşü başa çatıb. 12 saatdan çox davam edən məsləhətləşmələrdə tərəflər arasında Ukrayna münaqişəsinin nizamlanması yolları müzakirə olunub.

Tərəflər birgə bəyanat üzərində razılığa gəliblər və sənədin bu gün Kreml və Ağ Ev tərəfindən ictimailəşdiriləcəyi gözlənilir. Görüş iştirakçıları nəticələrlə bağlı şərh verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti