Bakı. Trend:
ABŞ Ər-Riyadda keçirilən görüşdə Rusiya və Ukrayna nümayəndələri ilə Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin etmək, qüvvə tətbiqini istisna etmək və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq barədə razılıq əldə edib.
Trend xəbər verir ki, bunu Ağ Evin Mətbuat Xidməti bildirib.
Bundan əlavə, Vaşinqton və Kiyev Rusiya və Ukraynada enerji infrastruktur obyektlərinə zərbələrin qadağan edilməsi mexanizmini işləyib hazırlamaq niyyətindədirlər.