...

Husilər ABŞ-nin Qırmızı dənizdəki donanmasına hücum edib

Dünya xəbərləri Materials 26 Mart 2025 09:09 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi döyüşçülər ABŞ-nin Qırmızı Dənizdəki hərbi gəmilərinə hücum edib.

Trend xəbər verir ki, bu barədə husilərin silahlı birləşmələrinin nümayəndəsi Yəhya Sariə öz Telegram səhifəsində məlumat bölüşüb.

O bildirib ki, husilərə məxsus raket qoşunları, pilotsuz aviasiya və hərbi-dəniz qüvvələri birgə əməliyyat keçiriblər. Onun sözlərinə görə, hücum hədəflərindən biri ABŞ-nin Qırmızı Dənizdəki donanmasının başında gedən “Harry Truman” aviadaşıyıcısı olub.

Qeyd edək ki, bundan əvvəl Yəhya Sariə Qırmızı Dənizdəki başqa ABŞ gəmilərinə hücum barədə məlumat yaymışdı. O, bu hücumların Amerikanın Yəmənə qarşı hərbi təcavüzünə cavab olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti